Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Bakıda 21 yaşlı gənci ölümcül hala saldılar

Bakıda 21 yaşlı gənci ölümcül hala saldılar

Bakının Sabunçu rayonunda gənc oğlan ölümcül hala salınıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakıxanov qəsəbəsinin ərazisində 21 yaşlı Ramil Həsənli naməlum şəxslər tərəfindən möhkəm döyülüb. Zərbələrin təsirindən huşunu itərən R.Həsənli 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb.

Xəstəxanadan bildirildi ki, R. Həsənli kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Gəncin kimlər tərəfindən və hansı səbəbdən döyülməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən məlumat verilmədi./milliaz/
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP