Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Ərdoğanla oğlunun telefon danışıqları tam açıqlandı

Türkiyədə hələ də fevralın 24-də axşam “Youtube”yə yüklənən baş nazir Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğanın telefon söhbətindən danışılır.

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, baş nazir telefon danışığının montaj olduğunu iddia etsə də, mütəxəssislər bunun əksini söyləyirlər. Türkiyə gündəminə bomba kimi düşən Ərdoğanla oğlunun telefondakı söhbətlərinin artıq mətni də yayımlanıb.

Telefon söhbətində baş nazirin Bilal Ərdoğana iş adamlarından rüşvət qarşılığı alındığı iddia edilən və 5 ayrı evdə tutulan pulları əldən çıxarmasını və pulun bəzi iş adamlarına daşınmasını istədiyi iddia edilir.

R. T. E: Səhər əməliyyat etdilər, bu Əli Ağaoğlu, Rza Zərrab, bizim Ərdoğanın oğlu, Zəfərin oğlu, Müammərin oğlu filan, bunların bu anda evlərində axtarış aparılır.

B. E: Bəli.

R. T. E: İndi deyirəm ki, sənin evində nə var, nə yox. Sən bunları bir çıxar, tamammı?

B. E: Məndə nə ola bilər ata? Sənin pulun var kassada.

R. T. E: Onu deyirəm işdə. Mən indi göndərirəm qardaşını. O məlumatlar onda var, tamammı, böyük qardaşınla danış, əminlə danış, o da eyni şəkildə çıxarsın, qaynınla danış o da.

B. E: Nə edək bunları ata, hara qoyaq?

R. T. E: Müəyyən yerlərə, oralara şey edin.

B. E: Beratda da var.

R. T. E: Onu söyləyirəm işdə, indi bir araya gəlin; əmini də götür, Ziya qaynını da, varmı, yoxmu, bilmirəm də, tamammı, Burak böyük qardaşına da dərhal şey et.

B. E: Həsən böyük qardaş, böyük qardaşım Berat, əmim düşünürük. Berata fikir gəldi. Bir qismini Faruka digər işlə əlaqədar verək deyir, o biri pulları işlədiyi kimi işləsin.

R. T. E: Şey etmənizdə fayda var, hamısıyla sıfırlamanızda.

B. E: Hamısıyla sıfırlayacağız, inşallah.

R. T. E: Sənə verdiyim vəzifələr tamammı?

B. E: İşdə axşam bitirmiş oluruq, Berat ilə əlaqədar olan qismini həll etdik, Məmməd Gur ilə əlaqədar olan qismi əvvəl həll edəcəyik, geri qalanını da artıq qaranlıq olunca həll edəcəyik.

R. T. E: Sıfırladınızmı? B. E: Sıfırlamadık ataçım, 30 milyon avro kimi bir miqdar daha var, əridə bilmədik hələ. Beratın ağılına gəldi, Əhməd Çalıkın götürəcəyi bir 25 milyon dollar qalmış, onu oraya verib üstü ilə də Şehrizardan dairə ala bilərik deyir, sən necə baxarsan ata?

R. T. E: Tamam edin.

B. E: Tamamilə sıfırmı qalsın ata, yoxsa sənin əlində bir az pul qalsınmı?

R. T. E: Qalsın olmaz, Məmmədlə şey etsəydiniz, onu da oraya köçürsəydiniz.

B. E: Onlara verdik tamam, 20 milyon dollar verdik.

R. T. E: Allah, Allah, ya köçürsəydiniz, sonra şey edərdiniz.

B. E: Bu qədər verə tanış, onsuz da zatən çətin, yer örtür. Bir qismini Tunc Böyük qardaşa verdik.

R. T. E: Tamamilə sıfırlandımı?

B. E: Yəni sıfırlandı deyərkən işdə məndə bir bu Samandıranın və Maltepenin pulları vardı, 730 min dollar və 300 min lirə, onları da şey yapacam; bizim Faiq İşığa borcumuz vardı, 1 milyon lirə ona verəcəyəm, üstünü də akademiyaya köçür deyəcəyəm.
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24