Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2020

Abşeronda kütləvi davada 6 nəfər bıçaqlandı, ölənlər var

Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava olub.

Reportun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Dava zamanı 6 nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.

Dava zamanı ağır xəsarət almış 2 nəfər – H.Cabbarov hadisə, M.Məmmədov isə xəstəxanada vəfat edib.
181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP