Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Türkiyəni etiraz aksiyaları bürüdü

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasındakı telefon danışığının yayılmasından sonra ölkədə etiraz aksiyaları keçirilib.

Türkiyə mətbuatı xəbər verir ki, etiraz aksiyaları İstanbul, Ankara və İzmir başda olmaqla ölkənin bir neçə iri şəhərində baş tutub.

İstanbulun Kadıköy hissəsində 500 nəfərlik qrup Ərdoğana və AKP-yə qarşı müxtəlif şüarlar səsləndiriblər. “Hər yer rüşvət, hər yer korrupsiya” şüarı səsləndirən aksiya iştirakçılarına polis müdaxilə edib.

Bundan başqa paytaxt Ankaranın bir neçə hissəsində də hökumətə qarşı etiraz aksiyaları təşkil olunub.
1301 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi