Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2020

Amerika dəniz qüvvələrinin təlimində hadisə-9 nəfər ölüb və itkin düşüb

Amerika KİV-ləri bu ölkənin dəniz qüvvələrinə aid quru-su zirehlisinin Kaliforniya sahillərində hadisəyə düçar olduğunu və bunun nəticəsində bir neçə hərbçinin öldüyü və yaralandığını xəbər veriblər.

Amerika Dəniz Donanmasına aid Tvitter səhifəsində də 15-ci bölməyə aid quru-su zirehlisinin hadisəyə düçar olduğu yazılıb, lakin hadisənin təfərrüatları barədə məlumat verilməyib.

SNN telekanalı bildirib ki, hadisə nəticəsində 1 hərbçi ölüb, 8 nəfər itkin düşüb və digər 2 nəfər yaralanıb. İtkin düşənlərin axtarışı və xilas edilməsi istiqamətində əməliyyat aparılır.

ABŞ Dəniz Donanmasının 15-ci bölməsinin komandiri bəyanat yayaraq vəziyyətin narahatedici olduğunu bildirib, dəniz qüvvələrinin ailələri, xüsusilə də itkin düşən dənizçilər üçün dua edilməsini istəyib.


158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP