Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Türkiyənin baş prokuroru hökumət üzvlərinin telefon danışıqlarının dinlənildiyini təsdiqləyib

Türkiyənin baş prokuroru Hadi Salihoğlu hökumət üzvlərinin telefon danışıqlarının dinlənildiyini təsdiqləyib. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

H.Salihoğlunun sözlərinə görə, İstanbul prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində müəyyən edilib ki, Türkiyədə "Salam" adı altında fəaliyyət göstərən terrorçu silahlı təşkilat yoxdur. Buna baxmayaraq, üç il ərzində telefon danışıqları dinlənilib.

Fevralın 24-də Türkiyənin bəzi kütləvi informasiya vasitələri xəbər yaymışdı ki, 2011-ci ildə İstanbul prokurorluğu tərəfindən "Salam" təşkilatının üzvlərinə qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ölkənin həm iqtidar, həm də müxalifət partiyaları ilə sıx bağlı olan 7 mindən çox şəxsin telefon danışığı dinlənilib.

Bundan əlavə, məlumat verilir ki, antiterror əməliyyatları çərçivəsində Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın da telefon danışıqları dinlənilib.

Türkiyənin hakim Ədalər və İnkişaf Partiyasının üzvü Məzhər Bağlı "TRT Haber" telekanalına müsahibəsində deyib ki, telefon danışıqlarının yazısı üçüncü tərəfə verilib. Lakin o, üçüncü tərəfin kim olduğunu açıqlamayıb.

Bu gün Türkiyədə dövlət xadimlərinin telefon danışıqlarının qanunsuz olaraq dinlənilməsi faktı üzrə cinayət işi açılıb. Bu işlə bağlı iki prokuror saxlanılıb. Onların adları açıqlanmır.
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP