Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2020

Ərəb ölkəsindən Ankaraya Osmanlı xəbərdarlığı

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ənvər Qarqaş Türkiyə müdafiə naziri Hulusi Akarın cavabını verib.

Ə. Qarqaş özünün Tvitter səhifəsində yazıb: “Türkiyə müdafiə nazirinin təhrikamiz açıqlaması onun ölkəsinin diplomatiyası üçün yeni süqut deməkdir. Topqapı (Osmanlı İmperiyasına aid saray) saray adamları, Əliyyə (Osmanlı) hökuməti və onun sultanlarının göstərişlərinin yeri tarix arxivindədir. Münasibətlər hədə-qorxu ilə nizamlanmır. İstismarçılıq xülyalarının da bu zamanda yeri yoxdur. Ən yaxşı variant budur ki, Türkiyə ərəb ölkələrinə müdaxilə etməkdən əl götürsün.”

Türkiyə müdafiə naziri cümə axşamı “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə BƏƏ-ni kiçik ölkə adlandırmış və bu ölkənin Liviya və Suriyada siyasətlərinə işarə edərək təhdid etmişdi ki, Ankara uyğun zaman və məkanda BƏƏ-ni cəzalandıracaq.
172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP