Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

“ABŞ İranla düşmənçilikdən əl çəkməyəcək”

Məhəmməd Cavad Zərif: “ABŞ İranla düşmənçilikdən əl çəkməyəcək”

“ABŞ-ın İrana qarşı keçmiş düşmənçiliyi nüvə məsələsi tamamilə nizamlansa belə sona çatmayacaq”.

İRİB-in verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, ABŞ İranla düşmənçilikdən əl çəkməyəcək: “Hətta İranın nüvə məsələsi həll edilsə belə, bu düşmənçilik bitməyəcək. Çünki onlar qarşılarına İranı iddia və ideal sahibi bir ölkə olmaqdan çıxarıb normal bir ölkə statusuna gətirməyi məqsəd qoyublar”.

M.C.Zərif deyib ki, İranla “altılıq” ölkələri arasında bu ilin yayınadək bir neçə mərhələ müzakirə keçiriləcək: “Bu danışıqların sonunda İrana qarşı tətbiq edilmiş ədalətsizcəsinə və qəddarcasına sanksiyaların hamısının aradan qaldırılması, xalqın nüvə haqqının gerçəkliyə çevrilməsi lazımdır”.

İran XİN rəhbəri vurğulayıb ki, İran nüvə silahı istehsal etmək niyyətində olmadığını isbatlayacaq mövqedədir.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41