Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Azərbaycan ordusu şəhid verdi

Döyüş tapşırığını yerinə yetirən əsgərimiz Xocalı faciəsinin ildönümü günü şəhid olub

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
1433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber