Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Maradona: “Venesuelanın əsgəri olmağa hazıram”

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Venesuela prezidenti Nikolas Maduronu müdafiə edən bəyanatla çıxış edib.

Maradona Venesuelanın əsgəri olmağa hazır olduğunu bildirib: “İmperialist qüvvələr Venesuela ətrafında vəziyyəti gərginləşdirirlər. Mən Venesuelaya inanıram. Yaşasın Çaves, Yaşasın Maduro! Çavesin ruhu göydən bizi himayə edir. Bolivar torpağını müdafiə etdikcə özümü şərəfli insan sayıram. Vaxtı ilə komandan Çaves də belə olmasını istəyirdi”.

Qeyd edək ki, Venesuelada prezident Maduronun siyasətinə etiraz edən insanlar küçələrə çıxaraq aksiyalar keçirirlər. Etirazçılar şəhər küçələrində barrikadalar qurur, yolları kəsirlər.
1225 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...