Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Hər kəs düşmənə qarşı savaşa hazır olmalıdır - QAT

“Bu cür tarixlərdə anım mərasimlərinin ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsi Azərbaycan cəmiyyətində düşmənə qarşı nifrət və intiqam hissinin yüksəldilməsinə yönəlib.”

SalamNews-un məlumatına görə, bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarəti zamanı deyib.

O bildirib ki, bu mərasilər torpaqlarımızın hərbi yolla azad ediləcəyinə və müqəddəs müharibədə qələbəmizə inamın gücləndirilməsinə, döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədi daşıyır: “Bu tədbirlər vasitəsilə beynəlxalq ictimaiyyət Qarabağda ermənilərin törətdikləri işğal, terror, vəhşilik faktları haqda məlumatlandırılır ki, sabah Azərbaycan işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlayanda dünya bizim haqq işimizə dəstək versin, ən azından bizim başqa yolumuzun qalmadığını anlasın. Hər kəs düşmənə qarşı müqəddəs savaşa hazır olmalıdır.”
1427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP