Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

AKP - nin sonu ola biləcək telefon danışıqları

Mütəxəssis rəyləri havada uçur; hər düşərgənin öz “mütəxəssisi” varmış; gərginlik artır

Fevralın 24-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanla internetə yerləşdirilən telefon danışığı Türkiyə gündəminin bir nömrəsi məsələsi olaraq qalır.

Səs yazısı internetə yerləşdiriləndən dərhal sonra fövqəladə toplantıya yığışan müxalifətçi CHP və MHP Ərdoğan və AKP iqtidarına sərt tənqidlər yağdırıb. CHP sədri Kılıçdaroğlu baş nazirin və ailəsinin korrupsiyaya qurşanmasını təsdiq edən səs yazısından sonra Ərdoğanın baş nazir kürsüsündə qalmasının mümkünsüz olduğunu deyərək onu istefaya çağırıb. Bu tələblər hələ də şiddətlənərək, davam edir.

Ərdoğan və AKP təmsilçiləri isə israrla səs yazısının montaj olduğunu bildirir. Baş nazir paralel dövlətin ölkədə yüksək vəzifəli dövlət adamları və onların ailələri daxil xeyli insanı dinlədiyi haqqında öncədən etdiyi xəbərdarlığı yada salıb. Ərdoğan bildirib ki, bu təhdidlər və şantajlarla onu yolundan döndərə bilməyəcəklər.

Fevralın 26-da bir sıra qaynaqlar səs yazısı ilə bağlı mütəxəssis rəylərini dərc edib. Uzmanların çoxu səs yazısının montaj olmadığını deyib. Dünyanın ən yaxşı səs mütəxəssislərindən sayılan Erdem Helvacıoğlu səs yazısının gerçək olmasına şübhə etmədiyini açıqlayıb: “Montajda cümlələr düzgün qurulmaz, arxa plan səsi, səs tonları dəyişər, danışığın ahəngi pozular. Bunu müəyyən etmək üçün mütəxəssisə belə ehtiyac qalmır. Normal insan qulağı həmin uyumsuzluğu aşkar eşidər”.
Helvacıoğlu bildirib ki, səs yazısı internetə yerləşdiriləndən az sonra bir neçə mütəxəssis müstəqil qaydada araşdırmalara başlayıb: “Biz müstəqil şəkildə səs yazısını dəfələrlə dinlədik. Hamımızın da qərarı eyni oldu – heç bir montajdan söhbət gedə bilməz. Səslərdən biri baş naziri Ərdoğana, digəri onun oğlu Bilala aiddir, danışılanlar gerçək dialoqdur. Montaj bir neçə səs yazısından sözlərin, hətta səslərin toplanaraq bitkin fikir halına salınmasıdır. Ən professional əməliyyat zamanı belə danışığın ahəngində həmin pozuntular bilinir. Burada isə hər iki şəxs sərbəst, yetərincə aydın eşidilən sözlərlə danışır”.

Helvacıoğlunun bu fikrini Beynəlxalq Kriminal Araşdırmalar Bürosunun rəhbəri Uğur Kurtulan da təsdiq edib. Kurtulanın sözlərinə görə, Büroda texniki vasitələrlə aparılan incələmələrdə səs yazısının həqiqi olduğu təsdiq edilib.

Türkiyənin daha bir kriminalist səs mühəndisi Atilla Özdemiroğlu məsələ ilə bağlı fikirlərini Twitter hüsabından paylaşıb: “Ayrı-ayrı qaynaqlardan montajlanmış danışıq səsi çox asan anlaşılır. Bu zaman arxa plandakı səslər davamlı olaraq dəyişir. Səs yazılarını dönə-dönə analiz etdim. 5 səs yazısının heç birində montaj yoxdur. İlk danışığa telefon xətlərindəki digər danışıqların da səsi qarışıb. Ancaq bu, səsin güclü avadanlıqla yazılmasından yaranan küydür, danışıqda heç bir saxtalaşdırma yoxdur. İkinci danışıqda isə telefon xətti artıq təmizdir”.

Onu da vurğulayaq ki, sonuncu telefon danışığına Bilal Ərdoğan atasına izləndiyini, “hətta görüntülü izləndiyindən şübhələndiyini” deyir. Danışıq elə həmin anda da kəsilir. Türkiyə mediası iddia edir ki, əgər baş nazir mövqeyindən çəkinməsə və səs yazısının montaj olduğunu iddia etsə Bilal Ərdoğanın atası ilə hansı şəraitdə danışmasının görüntüləri yayılacaq.

Tayyib Ərdoğana simpatiyası olan mütəxəssislər isə iddia edirlər ki, səs qeydi tamamilə montajdır. Bu iddianı sübut etmək üçün dünən AKP mütəxəssisləri tərəfindən müxalifətin iki önəmli liderinin – Devlet Bahçeli və Kamal Kılıcdaroğlunun səslərini montaj edərək, video-klip hazırlanaraq, yayılıb. Orada tamamilə inandırıcı bir tərzdə hər iki müxalif liderin Tayyib Ərdoğanı dəstəkləməsi və onun necə təmiz bir adam olması ssenariləşdirilib.
Bütün bunlara baxmayaraq, Türkiyədəki qaynaqlarımız deyirlər ki, məlum lent yazısı T. Ərdoğanın xalq arasındakı nüfuzuna ciddi zərbə vurub: “İlk təəssürat bir ayrı şeydir. Bu lent yazısı AKP iqtidarını xalqın gözündə bitirib. Bunun seçkiyə də yansıması zaman məsələsidir”./Musavat/
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı