Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

19 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Gecəyə doğru havanın dəyişiləcəyi gözlənilir. Günün ikinci yarısında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 14-16, günün birinci yarısında 23-28, axşama doğru 19-21 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 19-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Gecə dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh
Oktyabrın 19-u axşamdan 21-i gündüzədək Respublikanın rayonlarında daha sərin, yağıntılı, küləkli hava şəraiti gözlənilir. Dağlıq rayonlarda havanın minimum temperaturunun 0 dərəcəyədək enməsi, yağıntıların sulu qar və qar şəklində düşməsinə səbəb olacaq, Mərkəzi-aran rayonlarında dumanlar və bəzən intensiv yağışlar olacaq, istiliyin çatışmazlığı isə pambığın yetişməsinin sürətini endirəcək. Yağıntılı və küləkli hava şəraiti pambıq məhsulunun yığımı və qurudulması üçün şəraiti pisləşdirəcək və eləcə də aran rayonlarında yerləşən qışlaqlarda mal-qaranın otarılmasını və dağətəyi rayonlarda payızlıq dənlilərin səpin işlərinin aparılmasını çətinləşdirəcək. Digər tərəfdən, gözlənilən yağıntılar torpağın nəmlənməsini artıracaq və qışlaqlarda ot örtüyünün böyüməsi üçün əlverişli şərait yaradacaq.

Tibbi-meteoroloji proqnoz
Oktyabrın 19-da Abşeron yarımadasında günün birinci yarısınadək atmosfer təzyiqinin aşağı enməsi, 19-u axşam, 20-də kəskin yüksəlməsi, 21-dək hava şəraitinin qeyri-sabit, güclü küləkli və soyuq keçməsi meteohəssas insanlar üçün əlverişsizdir.
1784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı