Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Bir kəndin camaatı İ.Əliyevdən kömək istədi

“Cənab Əliyev, Ağamalılar kəndi xəritədən silinir”

İmişli rayonunun Ağamalılar kənd sakinləri prezident İlham Əliyevə müraciət edərək dövlət başçısından kömək istəyib. Bu barədə virtualaz.org saytına sakinlər özləri məlumat veriblər.

Şikayətçilər deyirlər ki, rayon mərkəzindən 52 kilometr aralıda yerləşən kəndi tərk etmək məcburiyyətində qalblar: “Kəndin yolları bərbad vəziyyətdədir, xüsusilə yağışlı havalarda kəndlə əlaqə kəsilir. Kənddə xəstəxana və ya tibb məntəqəsi yoxdur. Ağamalılar kəndinə hələ də təbii qaz çəkilməyib, telefon xətti yoxdur”.

Sakinlər qeyd ediblər ki, başqa mənbə olmadığından Kürün təmizlənməmiş suyundan istifadə etmək məcburiyyətində qalıblar: “1970-ci ildən kəndimizdə neft çıxarılır. Hazırda istismarı dayandırılmış çoxlu quyular var ki, bu quyulardan neft sızaraq ətrafa dağılır. Bu səbəbdən mal-qara tələf olur, əhali çirkli torpaqlardan istifadə etmək məcburiyyətində qalır”.

Şikayətçilər hazırda kənddə 543 nəfərin qeydiyyatda olduğunu, cavanların kəndi tərk etdiyini vurğulayıblar: “Kənd ildən-ilə boşalır. Çox keçməyəcək ki, Ağamalılar kəndi yaşayış məskəni kimi xəritədən silinəcək. Cənab prezident, xahiş edirik ki, bunun qarşısını alasınız”.

Qeyd edək ki, müraciəti 100-dən çox sakin imzalayıb./virtualaz/

1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01