Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Bakının mərkəzində ağır yol qəzası baş veri

Bakının mərkəzində ağır yol qəzası baş verib: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bül-Bül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində “VAZ 21011” markalı avtomobil "Mercedes Benz"-lə toqquşub.

İlkin məlumatlara görə, hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xilasedici Mahir Quliyevin verdiyi məlumata görə, bunlar Şıxəli Şıxəliev, Turqut Əsədov və Tural Ələkbərovdur.

"Mercedes"-i Əsədov Turqut Əsildar oğlu idarə edib. "VAZ 21011"-in dünyasını dəyişən sürücüsünün şəxsiyyəti dəqiqləşdirilir.

Qəzaya səbəb “VAZ 2101” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymamağı olub.

Hadisə yerinə Dövlət Yol Polisi, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub./apa/
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10