Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Ramzan Kadırov Ukraynanı hədələdi

Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov Ukraynanın suverenliyini təhdid edən hədələyici açıqlamalar verib. Kadırov Krımı müdafiə etməyə hazır olduğunu bəyan edib.

Ukrayna və rus xalqının qardaş olduğunu deyən R.Kadırov bildirib ki, çeçen xalqı Krımda yaşayan rusları və kazakları müdafiə etməyə hazırdır.

“Mənim Ukraynada çoxlu dostlarım var. Onların hamısını çox istəyirəm. Bu ölkədə baş verən son hadisələrə görə, təəssüf edirəm. Bu gün Krımda əhalinin əksəriyyəti ruslar və kazaklardır. Biz həmişə onlarla birlikdə olacağıq. Dünyanın istənilən yerində yaşayan rus, kazak və çeçenləri müdafiə edə bilərik. Ehtiyac olsa könüllülərimiz rus və kazaklara kömək etmək üçün Krımda döyüşməyə hazırdır”, - deyə R.Kadırov bildirib.

Prezident həmçinin Krımda yaşayan tatarları bölgədəki vəziyyəti gərginləşdirməməyə çağırıb.
1196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP