Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Rusiya hərbi təlimlərə başladı

Ümumi hərbi təlimlər müdafiə nazirliyi rəsmilərinin Moskvada görüşündən sonra start götürüb.
Ukraynada davam edən siyasi gərginlik fonunda Rusiyanın müdafiə naziri ölkənin bütün hərbi hissələrində təlimlərə start verib. Ümumi hərbi təlimlər müdafiə nazirliyi rəsmilərinin Moskvada görüşündən sonra başladılıb. Müdafiə nazir Sergey Şoyqunun sözlərinə görə, hərbi təlimlər prezident Vladimir Putinin əmri ilə başladılıb. Şoyqu qeyd edib ki, burada məqsəd, sədəcə, ölkənin hərbi hazırlıq səviyyəsini yoxlamaqdan ibarətdir.

"Biz Qərb Əyaləti Hərbi Bölmələrini, Mərkəzi Əyalətin ikinci hərbi ordusunu, Aerokosmos Müdafiə Qoşunlarının komandanlığını və uzun-mənzilli hərbi aviasiya nəqliyyatını hərəkətə gətirmişik".

Nazirliyin mətbuat katibliyindən verilən məlumata görə, hərbi təlimlər 4 gün davam edəcək.

Rəsmi Vaşinqton isə "xarici aktyorlar"ı Ukraynanın siyasi suverenliyinə hörmətlə yanaşmağa və təxribat xarakterli ritorika və hərəkətlərdən çəkinməyə səsləyib.

"Ukraynaya hərbi müdaxilə şayiələri ilə əlaqədar qeyd etmək istərdim ki, Rusiyada başladılan hərbi təlimlər bu ölkə üçün zərərli ola bilər. Bu, Rusiya tərəfindən böyük bir səhv olardı. Ölkədə yeni hökumət formalaşdıqdan sonra rəhbərlikl və Avropa Birliyi ilə bu ölkəyə maliyyə dəstəyi göstərmək məsələsini müzakirə edəcəyik." - deyə ABŞ dövlət departamentinin mətbuat katibi Cen Saki bildirib.

Ukrayna müxalifətnin lideri Vitali Kliçko isə Krımda vəziyyətin həssas olduğunu bildirib. Onun sözlərinə görə, yerli əhali xaricdən heç bir təxribata uymamalıdır./ans/
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01