Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Çox qızardılmış ət yeməyin!

Alimlər yüksək qlikasiyalı məhsulların alseymer xəstəliyi ilə yanaşı, beyin, ürək, böyrək və yaşla bağlı digər xəstəliklərin əsas səbəbi olduğunu deyir

Çox qızardılmış ət alseymerə (unutqanlığa) səbəb olur.

Ətin çox bişirilməsi nəticəsində yaranan yüksək qlikasiya (AGE) məhsullarının unutqanlığa səbəb olduğu ortaya çıxıb.

ABŞ-ın Nyu-York şəhərində olan Mount Sinai ICAHN Tibb Məktəbində işləyən tədqiqaçı alimlər yüksək qlikasiyalı qidalarnın yaşlanmağı sürətləndirdiyini və unutqanlığa səbəb olduğunu açıqlayıb.

Tədqiqatçılar qızardılmış, karamelləşdirilmiş, qovurulmuş və konserv əməliyyatından keçirilən qidalarda şəkərin zülalla olan reaksiyası nəticəsində yüksək qlikasiyanın meydana gəldiyini bildirib.

Siçanlar üzərində aparılan tədqiqat nəticəsində yüksək qlikasiyalı qidaların beyində təhlükəli zülalların yığılmasına səbəb olaraq idrak funksiyalarına zərər verdiyi ortaya çıxıb.

Alimlər yüksək qlikasiyalı məhsulların alseymer xəstəliyi ilə yanaşı, beyin, ürək, böyrək və yaşla bağlı digər xəstəliklərin əsas səbəbi olduğunu qeyd edərək, bişirmə üsullarına diqqət yetirilməsi xəbərdarlığını edib.

Qeyd edək ki, qlikasiya - qlükozanın proteinlə birləşməsi prosesidir.
1546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber