Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Rusiya səfirindən Orxan Zeynalov açıqlaması

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Orxan Zeylanovla bağlı qalmaqala münasibət bildirib.

"İtar-Tass" agentliyinin xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Orxan Zeynalov ətrafında yaranmış qalmaqalın iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcəyini bildirib.

"Rəsmi Moskva əlindən gələni edəcək ki, Zeynalovun cinayət işi ətrafında baş verən ajiotaj antiazərbaycan isteriyasına çevrilməsin və Rusiya ilə Azərbaycan arasındakı münasibətlər zədələnməsin", - deyə Doroxin bildirib.


Doroxin onu da əlavə edib ki, Rusiya Azərbaycanla olan münasibətlərinin üstündə çox ciddi "əsir" və Moskvada baş verənlərin bir Antiazərbaycan isteriyasına çevrilməsinə imkan verməyəcək.
1512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber