Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Ərdoğanın yeni şok səs yazısı - "Qucağımıza düşəcək" (Video)

Dünən gecə saatlarında Ərdoğanın oğluyla yeni səs yazısı internetə düşdü - "...Qucağımıza düşəcək".

Dünən gecə saatlarında https://twitter.com/BASCALAN hesabından yayınlanan yeni səs yazısı daxili siyasi gərginliyin son həddə çatdığı Türkiyədə bomba effekti verdi.

Yeni səs yazısında Bilal Ərdoğan atasına Sıtkı Ayan adlı iş adamının İrandakı işiylə əlaqədar pulları transfer edə bilmədiyi və "cəmi 10" (milyon) hazırlaya bildiyini xəbər verir.

Ərdoğan bu xəbərə hirslənir və oğluna möhkəm-möhkəm tapşırır ki, pulu götürməsin: "Nə söz verdisə, onu gətirsin. Başqaları (digər iş adamları) gətirə bilir, bəs o, niyə gətirmir... Bu adam bu işləri nə zənn edir ki... Əvvəl-axır qucağımıza düşəcək".

Qeyd edək ki, Sıtkı Ayan London mərkəzli SOM PETROL şirkətinin sahibidir. Müxtəlif ölkələrdə neft quyuları olan bu şirkətin dövriyyəsi milyardlarla dollarlarla ifadə olunur.

Sıtkı Ayanın baş nazir Ərdoğanla ona "Tayyib bəy" deyə xitab edəcək qədər yaxın münasibətdə olduğu söylənilir.

İki gün əvvəl internetə düşən və Ərdoğanın 17 dekabr əməliyyatından dərhal sonra təlaşla aradığı oğlu Bilala evdəki böyük miqdarda pulları kənara çıxarmaq təlimatlarının yer aldığı ilk səs yazısı bir anda ölkəni böyük siyasi böhrana sürükləmişdi.

 


1447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...