Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

“Müsavatın Milli Şuradan qaçması”

Bağışlayan və rəhm edən Allahın adı ilə!

Hörmətli oxucularım və ümumilikdə Demokratik Azərbaycan, güclü, qüdrətli Azərbaycan görmək arzusu ilə ürəkləri döyünən gerçək düşüncə sahibləri! Baş verənlərin ümumi işimizə xeyirli olacağına ümidlə yanaşmaq lazımdır.

Mən bu yazının əvvəlində Müsavatın Astara Rayon Təşkilatının hələ 2002-2003-cü illərdə birləşməyə vurduğu zərbəni və eləcə də o vaxtkı Demokrat Partiyasına Rəhbərlik edən Rəsul Quliyevin Astara Təşkilatının da Hakimiyyətə yararlandığının şahidi olmuşlardanam.

O vaxt mənim təşəbbüsümlə partiyaların koordinasiya şurası təşkil edildi. Müsavat və KXCP-ı Astara Təşkilat Sədrləri bu birliyə qoşulmadı. ADP-ı Rayon Təşkilat Sədri isə gələcəkdə bu birliyi “dağıtmaq” məqsədi ilə koordinasiya şurasına daxil oldu. Və öz “məqsədinə” nail oldu.

Qaldı Yeni Müsavatın baş redaktoru Rauf Arifoğlu hələ 2000-2001-ci illərdə Astaradakı İcra Başçısının Xalqa zülmünü mənim tərəfimdən təqdim olunan yazıların qəzet səhifəsində işıq üzü görməsinə maneəçiliyi yadımızdan çıxmayıb. Bu işdə Azadlıq, “Üç nöqtə” hətta o qədər də məşhur olmayan “Bu gün” , “Rezonans”, “525”-ci qəzet Rəhbərliyi və yazarları Astarada baş verənləri işıqlandırdılar ki, sonda şəxsən mənim qələbə çalmağıma köməklikləri oldu. Bircə heyfslənirəm ki, həm Müsavatda həm də Yeni Müsavat qəzetində Xalqa, Millətə arxa duran mübariz Azərbaycanlılarımız belə gələcəyə ümidləri olmayan Rəhbərlərlə bir yerdədirlər.

Məhbəslərdə olan Azərbaycanlıların əksəriyyəti Milli Şuranın tutduğu yolu dəstəkləyir və inşaAllah bundan sonra da dəstəkləyəcəklərinə inamım var.

Bilirsiniz niyə? Milli Şurada təmsil olunan saf qəlbli ziyalılar, alimlər, islamçılar, gənclər Xalqın nüfuzlu şəxsləri olmaqla, Ölkədə qarşıdurma, qeyri-qanuni jestlər və digər neqativ hərəkətlərlə deyil, demokratiya yolu ilə, hakimiyyətdəkiləri islahatlar aparmağa təşviq etməklə, gələcək Azərbaycanımızı Dünyada Sülhün, Demokratiyanın qoruyucu və daşıyıcısı və eləcə də qüdrətli, varlı, dövlətli Ölkə kimi görmək arzuları ilə yaşayanlardır.

Axundzadə Ruhullah Höccətullah oğlu.

15 Saylı Həbsxana
1419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı