Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Qərb üçün prioritet olan nədir: neft, yoxsa demokratiya?

Qərbin Azərbaycan siyasəti müzakirə edildi: Qərb üçün prioritet olan nədir: neft, yoxsa demokratiya?

 Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM) çərşənbə günü “Qərb üçün prioritet olan nədir: demokratiya, yoxsa enerji maraqları?” mövzusunda dəyirmi masa keçirib.
Tədbir İSR-Plaza otelində nəzərdə tutulsa da tədbirin başlanmasına lap az qalmış elektirkin olmaması bəhanəsilə yer verməkdən imtina edilib.
Bununla bağlı tədbir Helsinki Vətəndaş Assmableyası Azıərbaycan Milli komitəsinin ofisində keçirilib.
Məruzəçilərdən biri olan İnsan haqları üzrə Qazaxıstan Beynəlxalq Bürosunun təımsilçisi Yevgeni Jovtis bu ölkənini nümunəsində Qərbin enerji maraqlarına görə demokratiyanı tez-tez qurban veridiyini söyləyib.
Ekspertin firkrincə, neft. qaz, terrorla mübarizə və təhlükəsizlik demokratiyanıən düşmənləridir. Buna görə Qərb öz enerji maraqlarına və təhlükəsizliynə görə ionsan haları ilə bağlı problemlərə göz yumur.Eyni zamanda bu amillərdən istifadə edən avtoritar rejimlər demokratiya əleyhinə fəaliyyət göstərirlər.
MBAM-in eksperti Ceyhun Vəliyev çıxışını son 20 ildə ABŞ siyasətinin Azərbaycana münasibəti üzərinə fokuslaşdırıb.
2001-ci ilə kimi Vaşinqtonun Azdalığı dəstəkləmək üzrə Aktına 907-ci düzəlişdən sonra Azərbaycanda demokratiyanın inkişafı məhdud halda idi.
2001-ci ilin 11 sentyabr teraktlarından sonra təhlükəsizlik məsələlərində Azərbaycanın ABŞ üçün
önəmi artdı. Bununla 907-ci düzəliş qüvvədən salınıb. Bundan sonra Azərbaycanda demokratiya və vətəndaş cəmiyyətinə dəstək layihələri naminə Amerikanın USAİD, İREX kimi hökumət institutları fəaliyyətə başladı.
Digər tərfdən məhz Azəırbaycanın artan rolu ilə bağlı Vaşinqton demokratiya problemlərinə yetərli diqqət ayırmadı.
2003-2004cü illərdə Gürcüstan və Ukraynada narıncı inqilablara dəstək verən ABŞ 2003-cü ildə Azərbaycanda prezident seçkilərinin nəticələrinin totatl şəkildə saxtalaşdırılmasına münasibətdə gözləmə mövqeyi tutdu.
Fredoom House-ni qeyd etdiyi kimi 2004-cü ildən etibarən Azərbaycanda demokratiya sahəsində vəziyyət daim pisləşməyə doğru getdi.
2008-ci ildən sonra Əfqanıstanda əməliyyatların tədricən səngiməsilə qlobal təhlükəsizlik məsələsində Azərbaycanın rolu kiçilməyə başladı. Bu mqəamdan etibarən bu sahəyə diqqət yetirən ABŞ insan haqları sahəsindəki durumla bağlı Azərbaycanı mütəmadi təniqdə məruz qoyur.
Araşdirmaçi jurnalist Şahin Abbasov diqqəti Azərbaycan Avropa İttifaqı münaisbətlərinə yönəldib. O, Azərbaycanda demokratiya məsələsində AB-nin “ikili standart”larına toxunub. AB-nin siyasətində enerji faktorunun üstün təşkil etdiyi və bunun obyektiv və subyektiv səbəbləri odluğunu vurğulayıb.
Son illərdə Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın önəmi artır və Bakı TAP VƏ TANAP kimi kəmər çəkilşi layihələrini reallaşdırır.
Bununla birgə rəsmi Bakı demokratik dəyişkliklərin əleyhinə çıxır. baxmayaraq ki, Avrointerqasiya Gürcüstanda, Moldova və Ukraynadakı kimi ümummilli ideyaya çevrilməyib.
Ona görə də AB demokartik islahatlarıən sürətləndirilməsində israr etmir.
AB-nin Azərbaycana münasibətdə siyasətinə təsir edən subyektiv amillərə də var. Hakimiyyət
“kürü dipolomatiyası”ndan istifadə edərək son zamanlar Avropada lobbiçilik fəaliyyətini genişləndirib. Mədəniyyət layihələrinə, Avropa Olimpiya Oyunları kimi idman tədbiləriə dəstək verən rəsmi Bakı müəslman ölkəsində uğurlu dünyəvi rejim imicini formalaşdırmaq istəyir.
Bundan əlavə, rəsmi Bakı AB-də səsi olan keçmiş sosialist düşərgəsindən AB-nə yeni üzv olan ölkələrə iqtisadi dəstək verir.
Eyni zamanda AB fəalların və jurnalistlərin təqib olunmasını ən yüksək şəkildə psiləyir və ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərininnəticələrini tənqidi qiymətləndirir.
Rusiyalı ekspert Arkadi Dubnov Qərbin strateji maraqları və Rusiyada demokratiya mövzusunda çıxış edib. Onun sözlərinə görə, əgər əvvəllər Rusiyada demokratiya imitasiyası. suveren demokratiya barədə danışmaq mümkün idisə, indi RF-də demokratiya haqqında danışıqlar ancaq pis ton əlaməti sayılır. Onun fikrincə, son iki ildə Rusiya demokratiya prinsiplərini iaşıəq şəkildə inkar etmək və vətəndaş cəmiyyəti institutlarını məhv etmək yolu tutub./Turan/
1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39