Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

İşğalçı İsrail ordusu Livanla sərhəddə hazır vəziyyətə gəlib

Ölkənin şimalındakı bölgələrdə əkinçiliklə məşğul olan vətəndaşlara sərhəd zolağından uzaqlaşmaq əmri verilib

İsrail höküməti “Hizbullah”-ın raket zərbələrindən ehtiyatlanır.

İnterAz–ın əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, İsrail ordusu Livanla sərhəddə yerləşən qərargahlarında qüvvələrini hazır vəziyyətə gətirib.

İsrail televiziyasının məlumatına görə, ölkənin şimalındakı bölgələrdə əkinçiliklə məşğul olan vətəndaşlara sərhəd zolağından uzaqlaşmaq əmri verilib.

Bildirək ki, dünən “Hizbullah” Suriya sərhəddində ona məxsus obyektlərin İsrail qırıcıları tərəfindən vurulmasını təsdiq edib. Bunun ardında İsrail ordusu “Hizbullah” təşkilatının atacağı addımlardan maksimum ehtiyatlanmağa başlayıb. Eksperlərin fikrincə, təşkilatın verəcəyi cavablardan biri də Təl-Əviv rəsmilərinin öldürülməsi ola bilər.
1385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57