Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

12 nəfər ölüb, 23 nəfər yaralanıb

Bağdadda partlayış baş verib: 12 nəfər ölüb, 23 nəfər yaralanıb

Bağdadda baş vermiş partlayış nəticəsində ən azı 12 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə Frans Press agentliyi İraq Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Hadisə Bağdadın şərq hissəsində baş verib. Minalanmış avtomobilin partlaması nəticəsində ölənlərlə yanaşı yaralananlar da olub. Onların sayının 23 nəfər olduğu bildirilir.
1724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber