Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Büdcədən yayındırılan pullar necə üzə çıxarılıb?

Qalib Toğrul: «Biz tədqiqatın necə aparılması, rəqəmlərin haradan əldə olunmasıyla bağlı mənbələri göstərə bilərik»

Xəbər verildiyi kimi, Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını araşdırıb. Tədqiqat nəticəsində aydın olub ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib. Araşdırmaya cəlb olunan ölkələrin Azərbaycanın idxalında payı isə 75 faizdən çoxdur.

Qubad Ibadoğlunun hesablamasına görə, idxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4.6 milyard dollar itirib: “2003-2009-cu illər arası idxalda gizli dövriyyə 42.3 faiz təşkil edirdisə, 2010-2012-ci illərdə bu göstərici 62.7 faiz olub. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamağının bir səbəbi də budur. Çünki bu təşkilata üzvlük gömrükdə şəffaflığın olmasını tələb edir. Məişət səviyyəsində korrupsiyanın qarşısı alınsa da, ən böyük korrupsiya fiskal orqanlardadır. Büdcədən bu vəsaitlərin yayındırılması vergi yükünün sahibkarların üzərinə düşməsilə nəticələnir. Gizli dövriyyə büdcədən yayındırmalara, daxili bazarda inhisarçılığa, mikrosəviyyəli uçot və hesabat sistemində problemlərə səbəb olur”.

Iqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Qalib Toğrul “Azadlıq”a açıqlamasında bildirib ki, bu tədqiqat 2010-2012-ci illərdə Azərbaycanın digər ölkələrlə apardığı ticarət döriyyəsi əsasında hazırlanıb. Həmin sənəd Azərbaycan, Rusiya və Iranın rəsmi məlumatları əsasında qeydiyyatdan kənar dövriyyə əsasında ərsəyə gəlib. Yəni, tədqiqatda göydəndüşmə heç bir rəqəm yoxdur və hamısı konkret hesablamalar əsasındadır: “Həmin tədqiqat təkcə dövlət qurumları üçün deyil, hamı, bütün cəmiyyət üçün açıqdır. Biz tədqiqatın necə aparılması, rəqəmlərin haradan əldə olunmasıyla bağlı mənbələri də göstərə bilərik. Qeyd edim ki, bu, bizim ilk tədqiqatımız deyil. Bir neçə il öncə ilk dəfə belə bir tədqiqat aparmışıq. O vaxtkı tədqiqat daha çox illəri əhatə edirdisə də, qeydiyyatdankənar dövriyyə indikindən az idi. Indi həmin rəqəmlər daha çoxdur”./azadlıq/
1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42