Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

İlham Əliyevin tikdiyi və sökdüyü məscidlər

Tualetdə qızıl nəyə lazımdı?

Diktatorların, tiranların çoxu barədə “onlar dəlidir, psixi problemləri var” tipli fikirləri az eşitməmişik. Bu mövzuda yüzlərlə kitablar da yazılıb. Bəndəniz də gücü çatan qədər onlardan oxuyub. Fəqət, onları oxuya-oxuya çox zaman düşünmüşəm ki, burada şişirmə də boldur. Hesab etmişəm ki, belə uydurmaların kökündə diktatorlara xalqın qəzəbi, nifrəti dayanıb. Yəni, nə qədər pis yazırsan yaz, qəbuldu.

Fəqət, son illərdə devrilən ərəb tiranlarının, eləcə də Yanukoviçin saraylarından yayımlanan süjetlər, bu mövzuda bir daha düşünməyə əsas verir. Yanukoviçə lənət yağdırmaq üçün min hal, hərəkət saymaq olar. Ancaq onun evində qızılla süslənən santexnika qurğularını görəndə onların hamısını unutdum. Və dedim, təkcə bu biabırçı hadisə - tualetin dəmir-dümürünü qızıldan etməsilə Yanukoviç cəhənnəmə vasil olmağı haqq edib.

Bunun adı nədir? Harınlıqmı, qudurğanlıqmı?

Bilmirəm. Hər nədirsə, insanlığa zidd bir şeydir, ağlabatan izahı olmayan haldır. Ən yaxşı halda, görməmişlikdir.

Cek Londonun “Həyat eşqi” əsərində oxumuşduq; uzun müddət ac qalan əsərin qəhrəmanı onu xilas edən gəmidə süfrədən çörək qırıntılarını oğurlayıb, çarpayısının altına doldururdu...

Insan reallığı nə qədər gözardı etməlidir ki, tualetini qızıla tutsun? Sənin xalqın gündəlik ehtiyaclarını ödəməkdən ötrü can vuruşdursun, sən isə tualetini qızılla bəzə!

Sonra da utanmadan qalx, de ki, mənim əsas qayğım ölkənin parçalanmasının qarşısını almaqdır.

Qızıl-qırmızı yalan budur!

Şübhəsiz ki, Yanukoviçin qızıllı ayaqyolusu ictimailəşən kimi insanlarımız öz məmurlarımızı göz önünə gətirdi. Bizdə lap betər hal olduğuna adım qədər əminəm. Bizim dövlət başçısı nə qədər “sadə həyat” yaşamağa aludə olduğunu desə də, o, qızıl mədənlərinə sahibdir. Yəni, o, Yanukoviç kimi qızılın bahasına pul xərcləmək məcburiyyətində deyil, uzaq başı, Daşkəsəndən Bakıya qızılı daşımağa bir az vaxt və pul gedə bilər.

Bəs belə halların qarşısını nə kəsə bilər? Velosiped icad etməyə ehtiyac yoxdu, qanunun aliliyinin, demokratik cəmiyyətin təmin olunduğu ölkədə belə rüsvayçılığa yer yoxdur. Hətta olsa belə, çox az istisnalarla baş verər. Məhdudlaşdırılmayan hakimiyyət onsuz da naqis olan insan təbiətini tezcə korlamağa qadirdir.

Azərbaycan vətəndaşları da bilməlidir; onlar müxalifətdə kiminsə hakimiyyətə gəlməsini istəməyə bilərlər, ancaq unudulmamalıdır, güclü müxalifətin, xalqın etirazının, hakimiyyət üzərində nəzarətin olmadığı yerlərdə sərvətlər tiranların tualetinə xərclənəcək, amma onların güzəranına yox...

Ilham Əliyevin tikdiyi və sökdüyü məscidlər barədə

Iqtisadçı Zöhrab Ismayılın “facebook”da yazdığı statusdan, istərdim ki, hər kəsin xəbəri olsun: “2014-cü il üçün Bakı şəhər icra hakimiyyətinə Binəqədi rayonunda 35 milyon 10 min 900 manata məscid tikmək üçün vəsait ayrılıb... Amma bu, sizi təəccübləndirməsin. Çünki bu ”həmin məsciddir" ki, onun layihələndirilməsi və tikintisinə 2012-ci ildə 10 milyon manat, 2013-cü ildə isə 33 milyon manat pul ayrılıb. Beləliklə də bu “gözəgörünməz məscidin” tikintisi üçün dövlət büdcəsindən artıq 78 milyon 10 min 900 manat vəsait ayrılıb".

Bəli, əziz oxucu dindarların cibinə nəşə atıb həbs edən, Bakıda azı üç məscidi “qanunsuz tikili” adlandırıb bağlayan, uçuran hökumət bir məscidin tikilməsinə 78 milyon manatdan çox pul ayırıb.

Kim şəkk gətirər ki, 78 milyonun əhəmiyyətli hissəsi korrupsiyaya yem olacaq və ya olub?

Məkkədə, müqəddəs Hacc mərasimi zamanı seçki saxtakarlığı edən, səs oğurlayan bu hakimiyyət üçün belə şey etmək su içmək qədər adi və asandır.

Bəs bu hal barədə “Quran” nə deyir?

“Quran” çox açıq dillə müsəlmanları xəbərdar edir:

“O kəslər ki, zərər vermək, küfr eləmək, möminlərin arasına təfriqə salmaq naminə məscid tikirlər və öncə Allaha və Rəsuluna qarşı savaşmış olanın yolunu gözləyirlər, ”Bir niyyətimiz yoxdu bizim yaxşılıqdan savayı" deyə and-aman edəcək onlar. Onların yalan dediyinə şahiddir Allah.

Nəbadə namaz qılasan orada. Daha yaxşı olardı ki, ilk gündən taqva naminə qurulmuş məsciddə namaz qılasan. Paklanmağı sevənlər gəlir buraya. Paklanan kəsləri sevər Allah". (
Tövbə surəsi 107-108-ci ayələr).
/azadlıq/
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46