Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

İranda təhsil alan azərbaycanlı tələbələr Xocalı faciəsini anıblar- (Foto)

İranda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bir sıra tədbir keçirilib.

SalamNews xəbər verir ki, belə tədbirlərdən biri ölkənin Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə baş tutub.

Şəhərdəki Beynəlxalq əl-Mustafa Universitetinin azərbaycanlı tələbələri keçirdikləri tədbirdə Xocalı faciəsi və faciə qurbanlarını anıblar.

Tədbir təşkilatçılarından və sözügedən universitetin fəlsəfə fakültəsinin fəal tələbələrindən olan Elman Rəsulovun sözlərinə görə, ölkədə hər il Xocalı faciəsi ilə bağlı mərasim və tədbirlər keçirilir.


1363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber