Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

3300 təkfirçi öldürülüb

Suriyada iki ayda radikal qruplaşmalar arasındakı qarşıdurmalarda 3300 nəfər ölüb
Suriyada “İraq və Şamda İslam Dövləti” və digər qruplaşmaların qarşıdurması davam edir.

SalamNews–un "əl-Aləm" telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu məlumat verib.

Mənbə ölkədə son iki ayda - yanvarın 3-dən fevralın 25-dək müxalifətin müxtəlif qruplaşmaları arasında gedən qarşıdurmalarda 3300 silahlının öldüyünü bəyan edib. Ölənlər əsasən terrorçu-kamikadze, quraşdırılmış bombalar, içərisində mina yerləşdirilmiş maşınların qurbanı olublar.

Bildirək ki, sözügedən qarşıdurmalar ötən ilin avqust ayından başlayıb. Cari ayın ilk günlərindən isə bu toqquşmalar döyüş həddinə çatıb. Döyüşlər Hələb, ər-Riqqə, Həma, Hüms, Dirəzzur, Həsəkə, və İdlib əyalətlərində gedir.
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:12