Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: Xahiş edirik novruz barədə müqəddəs şəriətin nəzərini açıqlayasız? Onu bayram ünvanında qəbul etmək olarmı?
Ad: Gul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Safi

Cavab:
Bismillahir-rəhmanır-rəhim

İslami olan əsas şəri və məzhəbi bayramlar "Fitr", "Qurban", "Qədir" bayramları, həzrət Rəsul- əkrəmin (s) və məsum imamların (ə) dünyaya gəldikləri günlərdir.
Novruz bayramında da əgər möminlər, mömin qardaşlar ilə görüşmək, xəstələrə baş çəkmək, fəqirlərin halından xəbərdar olmaq və onlara kömək etmək kimi proqramları yerinə yetirsələr və eyni zamanda insanları xoşa gəlməyən yollara sövq etdirən işlər etməsələr, belə bir bayramın keçirilməsi münasibdir.
Hədisdə vardır "كل يوم لايعصي الله فيه فهو يوم عيد" (Allaha qarşı üsyan olunmayan hər bir gün bayramdır).
Novruz, yəni yeni gün, bahar fəslinin birinci günü.

Bahar fəsli bir həqiqətdir və yaradılmışdır, Cəmşid ilə də heç bir əlaqəsi yoxdur. Təkcə Allah bilir ki, bahar fəsli Cəmşiddən neçə min, yaxud neçə milyon il əvvəl yaranmışdır. Yerin öləndən və bitkilərin quruyandan sonra yenidən dirilməsi (canlanması), Allahın nişanələrindəndir. Necə ki, Qurani-Məciddə buyurur: "إعلموا أن الله يحيي الأرض بعد موتها" (Bilin ki, Allah-Taala yeri, öləndən sonra dirildir).
Novruz bayramında qüsl yaxud hər hansı digər bir ibadətin də həmin münasibətə olması mümkündür.
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP