Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

“9 dəqiqəlik” müsahibədə 9 sual

“Sovetski” sakinlərini təmsil edən Komitənin Abid Şərifovun “9 dəqiqəlik” müsahibəsinə 9 sualı
“Sovetski” əhalisinin müraciəti aşağıda qeyd olunan fərman, qərar və qanunlara əsaslanır

“Sovetski” sakinlərini təmsil edən Komitənin Abid Şərifovun “9 dəqiqəlik” müsahibəsinə 9 sualı:

1. Abid Şərifov və digər yüksək dərəcəli məmurların 150 №-li məktəbdə əhaliylə görüşündə sakinlərin tələbilə yazılı müraciətimiz oxunmuşdur. Abid Şərifovun müraciətin sakinlər tərəfindən imzalanmasına ehtiyac olmadığını deyərək qəbul etməsinin KİV-in video və səsli materiallarında mövcuddur. İndi nəyə əsasən bu müraciətin altında imzaların olmadığından onu qeyri-rəsmi sayır?

2. Hansı səbəbdən insanlar üçün taleyüklü məsələdə Abid Şərifov hökümət tərəfindən aparılacaq söküntülərin dəqiq səbəbini və qanunla tənzimlənən metodunu yazılı və izahlı şəkildə təqdim edəcəyini bildirmir, hətta bu işdə qeyri-müəyyənlik görür?

3. Qeyri-müəyyənlik fonunda işlədilən “köçürülmə” sözü “deportasiya” kəlməsinə sinonim kimi anlaşılır. Qanunlara və vətəndaşların hüquqlarına söykənərək bu qeyri-müəyyənliyi aradan qaldırıb əhalini razı salmaq üçün üslublar yoxdurmu?

4. “Sovetski” əhalisinin müraciəti aşağıda qeyd olunan fərman, qərar və qanunlara əsaslanır:

Nazirlər Kabinetinin 24.02.2012-ci il tarixli 45 №-li qərarı; “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 29.09.2013-cü il tarixli 804-IVQD nömrəli Qanunu; A.R. Prezidentinin 26.12.2007-ci il tarixli 699 №-li fərman və sair. Əgər bizim müraciət absurd sayılarsa, o zaman yuxarıda qeyd olunan rəsmi sənədlərə də şamil edilməlidir?

5. Baş nazirin müavini qeyd etdi ki, sökülən evlərin yerində əhaliyə yeni evlərin tikilib verilməsi qeyri-mümkündür və bu vaxta qədər belə bir qərar Bakı şəhərində verilməmişdir. Əgər indiyə qədər belə təcrübə olmayıbsa, indidən sonra tətbiq edin. Bunu etmək müşkül, qaydalara ziddirmi? Əslində isə, Abid Şərifovun dedikləri qeyri-səmimidir və verdiyi məlumat səhvdir. Məgər yaxın keçmişdə Heydər Əliyev prospekti və digər ərazilərdə bu məsələ sakinlərin qeyd olunan ərazidə yeni tikiləcək binalarda mənzillərlə təmin olunmaqla öz həllini tapmamışdırmı?

6. Əgər evləri sökülən əhali üçün həmin ərazidə yeni binalar inşa edilərsə və qeyri-rəsmi əlavə xərclərlə yüklənməzsə, bu binalarda mənzillərin 1m2 qiyməti maksimum 400-500 manat civarında başa gələcək və iqtisadi-sosial baxımından əsaslanmış olacaqdır. Hal-hazırda isə dövlətin büdcəsindən hər m2 üçün 1500 manat məbləğində vəsait ayrılmış, bu isə yuxarıda qeyd olunan məbləğdən 3 dəfə çoxdur. Sökülmə nəticəsində 50 hektara yaxın torpaq sahəsi boşalacaq, amma təəssüf ki, yerli sakinlər üçün yox, dəqiq bəlli olmayan məqsədlər naminə. Bu ərazilərdə isə torpağın 1 sot üçün bazar dəyəri 500.000-700.000 manat civarındadır və iqtisadi maraqları nəzərə alaraq demək olar ki, gələcəkdə bu torpaqların şəffaf istifadəsi şübhə doğurmurmu?

7. Abid müəllimin dediyi kimi bu söküntü işləri dövlətin zəruri tələblərinə əsasən aparılmırsa və bu torpaqlar strateji əhəmiyyət daşımırsa, bəs nəyə görə bu məsələ ilə Nazirlər Kabineti məşğuldur? Bu halda ərazilərin yenidənbərpa işlərinin aparılması üçün sahibkarlara həvalə edilməsi və hökümətin sadəcə nəzarət etməsi daha düzgün deyilmi?

8. Abid müəllim müsahibədə yaşayış sahəsi kiçik olan sakinlərə fərdi yanaşma ola biləcəyini söylədi. Bu da müəyyən narazılığa səbəb ola bilər. Məsələn, 30 m2 yaşayış sahəsi olan şəxs üçün kompensasiya 3.000 manat təşkil etdikdə 90.000 manat vəsait əldə edəcəkdir, lakin 40 m2 yaşayış sahəsi olan şəxsin kompensasiyası 2.000 manat olduqda cəmi 80.000 manat məbləğində vəsait alacaq. Ümumiyyətlə, kiçik və iri həcmli evlər deyildikdə hansı parametrlər nəzərdə tutulduğuna aydınlıq gətirilməlidir. Belə ki, yenitikililərdə 2 otaqlı mənzil 100 m2 -ə qədər, 5 otaqlı mənzillər isə 250-300 m2 təşkil edir. Yuxarıda göstərilən kompensasiya metodunun məntiqi ilə sahəsi iri həcmli olan vətəndaşlar mülklərindən imtina etməlidirlər?

9. Evlərinin sökülməsinə razılıq verməyən vətəndaşların sökülən evlərin arasında uzun müddət qalıb yaşamaları sual doğurur. Şübhələrə ciddi əsas var. Füzuli və Şəmsi Bədəlbəyli adlanan küçələr arasındakı ərazidə sakinlərin zor gücü ilə evlərinin boşaldılmasının dəfələrlə şahidi olmuşuq. Dövlət məmurları və məsul şəxslər əhali arasında qeyri-müəyyənlik və dezinformasiya yaradaraq, məlum hadisələrdən sonra ölkə rəhbərinin ciddi xəbərdarlıq və göstərişlərini nəzərə almadan hərəkət etməyəmi çalışırlar?

Biz demokratik və sivil ölkədə yaşayırıq. 1995-ci ildə qəbul olunan Konstitusiya və ölkənin Prezidenti hər bir vətəndaşın hüquqlarının qarantıdır./interaztv.com/
1397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı