Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Gədəbəydə ölən əsgər döyülübmüş (Video)

Oktyabrın 12-də başında şiş olduğu üçün dünyasını dəyişdiyi deyilən 1991-ci il təvəllüdlü Rəcəbli Murad Əkbər oğlunun döyülərək öldürüldüyü məlum olub.

AXCP Gənclər Komitəsi facebookda olayla bağlı bir video paylaşıb. Videoda Murad Rəcəblinin əmisi qardaşı oğlu barəsində danışır. Tərtər rayonunda dünyaya gələn Murad Rəcəbli 2010-cu ilin aprel ayında hərbi xidmətə gedib. 2012-ci ilin oktyabr ayında hərbi xidməti başa vurub. 2013-cü ilin aprel ayından etibarən müdətdən artıq hərbi qulluqçu kursuna gedib. İlk təyinatı Gədəbəy rayonu N saylı hərbi hissədə Tağım komandirinin müavini, top komandiri olub.

Oktayabrın 12-də saat 21 radələrində Murad Rəcəblin ölmü ilə bağlı ailəsinə məlumat verilib. Ekspert rəyi mərhumun heç bir xəstəliyinin olmadığı və başına küt alətlə zərbə endirildiyi barədə rəy verib. Telekanallar isə yayımladıqları süjetlərdə bunun əksini “sübut” ediblər. Guya mərhumun başında şiş var imiş (azadliq.info).
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP