Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

ABŞ-dan Gülənin təhvil verilməsi tələb ediləcək – Gizli plan

AKP Fətullah Gülən haqqında qırmızı bülleten hazırlığında olduğu iddia edilib.

Türkiyə mətbuatı xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan ilə oğlu Bilal Ərdoğan arasında keçdiyi iddia edilən telefon danışığının səs yazısı AKP-nin seçki strategiyasını da dəyişdirib. AKP-çilər və Ərdoğanın müşavirləri bələdiyyə seçkilərində əvvəl ortaya çıxan kaset skandalının izlərini silmək üçün bir növ strategiya qurub.

AKP hesabat açıqlayacaq

Strategiyalardan birində səs yazılarının montaj olduğunu sübut etmək üçün müstəqil qurumlardan hesabat alınması planlanır. Bu səpkidə beynəlxalq qurumlar araşdırılır. Bu qurumlardan səs yazılarının montaj olduğuna dair hesabat alınaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bütün bunlarla bərabər AKP “dövlət içində dövlət qurmaq istəyənlər” kimi adlandırdığı Gülən hərəkatına qarşı əməliyyat hazırladığı da bildirilib. Həmçinin ABŞ-da yaşayan Fətullah Gülən haqqında açılacaq istintaq işi çərçivəsində Gülən üçün “qırmızı bülleten” çıxarılması nəzərdə tutulur. Və Gülənin ABŞ-dan təhvil verilməsinin istənilməsi də planlaşdırılır. Ancaq bu yöndə atılacaq addımın seçkilər zamanı əks-effekt yaratması narahatçılıq yaradır. Bunun üçün əməliyyatın seçkidən əvvəlmi, sonramı həyata keçirilməsinin düzgün olacağı müzakirə edilir./apa/
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP