Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Rufulla Axundzadə xəstəxanaya köçürülüb

İslamçı məhbus Rufulla Axundzadə 15 saylı Cəzaçəkmə Müəssisəsindən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə köçürülüb.

Müəssisənin baş həkimi Bəhruz Mirzəyev fevralın 27-də “Media forum” saytına bildirib ki, ruhani xəstəxanaya iki gün əvvəl yerləşdirilib: “Adəti kimi xəstə profilaktik müalicə məqsədi ilə köçürülüb. Hazırda müayinə edilir. Nə qədər müddətə burada saxlanacağı barədə konkret heç nə demək olmaz. Amma xəstə azı iki-üç həftə müalicə müəssisəsində qalacaq”.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. İslamçı 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP