Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Yanukoviç: “Mən hələ də Ukraynanın prezidentiyəm”

Rusiya isə ona öz ərazisində təhlükəsizlik təminatı verib.

Fevralın 21-dən bəri əlaqəyə çıxmayan Viktor Yanukoviç mətbuat vasitəsilə Ukraynaya müraciət ünvanlayıb.

Ölkədəki vəziyyətə toxunan Yankuviç müxalifətin iqtidarla öncədən əldə olunmuş razılaşmanı pozduğunu və qanunsuz olaraq hakimiyyəti zəbt etdiyini bildirib.

O, özünün hələ də qanuni prezident olduğunu xatırladıb və Ali Radanın qəbul etdiyi qərarların qorxu və zorakılıq altında icra edildiyini söyləyib. Bundan başqa həyati təhlükəsinin olduğunu bildirən sabiq prezident Rusiya hakimiyyətindən onu mühafizə olunması üçün müraciət edib.

“Mənim və tərəfdarlarımın ünvanına fiziki ölümlə bağlı hədələr daxil olur. Məcburən Rusiya Federasiyası rəhbərliyinə şəxsi təhlükəsizliyini qorunması ilə bağlı müraciət etmişəm”-deyə Yanukoviç bildirib. Rusiyadakı mənbələr onun müraciətinə müsbət cavab verildiyini təsdiqləyiblər.
1302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP