Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Avropa Liqasında 1/8 finala vəsiqələrin sahibləri müəyyənləşib

Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

Baş tutan 16 cavab oyunu ilə 1/8 finala vəsiqələrin sahibləri müəyyənləşib. Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu doğma azarkeşləri qarşısında meydana çıxıb. Kazanlılar İspaniya La Liqasının autsayderi “Betis”lə üz-üzə gəib. Səfər matçından 1:1 bərabərliklə ayrılan Premyer Liqa təmsilçisi evdə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi digər görüş isə qardaş ölkə Türkiyədə keçirilib. “Trabzonspor” evdə A Seriyasının lideri “Yuventus”la qarşılaşıb. İlk oyunda Turin klubuna 2 cavabsız qolla məğlub olan Qara dəniz təmsilçisi bu dəfə də eyni hesabla uduzaraq Avropa Liqası ilə vidalaşıb./apasport/

1/8 finalçılar müəyyənləşib: "Betis" (İspaniya), "Sevilya" (İspaniya), "Napoli" (İtaliya), “Ludoqorets” (Bolqarıstan), "Zalsburq" (Avstriya), “Viktoriya” (Çexiya), “Bazel” (İsveçrə), “Porto” (Portuqaliya), “Tottenhem” (İngiltərə), “Yuventus” (İtaliya), “Lion” (Fransa), “Anji” (Rusiya), “Valensiya” (İspaniya), “Benfika” (Portuqaliya), “Alkmaar” (Hollandiya), “Fiorentina” (İtaliya).

UEFA Avropa Liqası, 1/16 final, cavab oyunları

“Rubin” (Rusiya) - “Betis” (İspaniya) - 0:2
İlk oyun – 1:1
QOL: Nono, 45, Martin, 64

“Napoli” (İtaliya) - “Suonsi” (Uels) - 3:1
İlk oyun - 0:0
QOL: İnsinye, 17, İquain, 78, Gökhan İnlər, 90 - Quzman, 30

“Sevilya” (İspaniya) - “Maribor” (Sloveniya) - 2:1
İlk oyun - 2:2
QOL: Peyes, 42, Qameyro, 59 - Vrsiç, 90

“Zalsburq” (Avstriya) - “Ayaks” (Hollandiya) - 3:1
İlk oyun – 3:0
QOL: Hoorn, 56 (avtoqol), Mane, 66, Soriano, 77 - Klaassen, 82

“Ludoqorets” (Bolqarıstan) - “Latsio” (İtaliya) - 3:3
İlk oyun – 1:0
QOL: Bezjak, 67, Zlatinski, 78, Juninyo, 88 - Keyta, 1, Perea, 54, Kloze, 82

“Şaxtyor” (Ukrayna) - “Viktoriya” (Çexiya) - 1:2
İlk oyun - 1:1
QOL: Adriano, 88 - Kolar, 29, Petrzela, 33

“Bazel” (İsveçrə) - “Makkabi” (T, İsrail) - 3:0
İlk oyun – 0:0
QOL: Stoker, 18, Meyer, 52, Zambrano, 62

“Ayntraxt” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:3
İlk oyun - 2:2
QOL: Ayqner, 37, Meyer, 52, Oçipka, 76 - Manqala, 58, 71, Qilas, 86

“Tottenhem” (İngiltərə) - “Dnepr” (Ukrayna) - 3:1
İlk oyun – 0:1
QOL: Eriksen, 56, Adebayor, 65, 69 - Zozulya, 47
Qırmızı vərəqə: Zozulya, 63 ("Dnepr")

“Trabzonspor” (Türkiyə) - “Yuventus” (İtaliya) - 0:2
İlk oyun – 0:2
QOL: Vidal, 18, Osvaldo, 33

“Lion” (Fransa) - “Çernomorets” (Ukrayna) - 1:0
İlk oyun - 0:0
QOL: Lyakazett, 80
Qırmızı vərəqə: Zubeyko, 76 (“Çernomorets”)

“Genk” (Belçika) - “Anji” (Rusiya) - 0:2
İlk oyun - 0:0
QOL: Tşimanqa, 64 (Avtoqol), Aleksandr Əliyev, 71
Qırmızı vərəqə: Rasim Tahirbəyov, 81 ("Anji")

“Valensiya” (İspaniya) - “Dinamo” (Ukrayna) - 0:0
İlk oyun - 2:0

“Benfika” (Portuqaliya) - PAOK (Yunanıstan) - 3:0
İlk oyun - 1:0
QOL: Qaitan, 70, Silvio, 76, Lima, 78-pen
Qırmızı vərəqə: Katsouranis, 69 (PAOK)

“Alkmaar” (Hollandiya) - “Slovan” (Çexiya) - 1:1
İlk oyun - 1:0
QOL: Vierqever, 19 - Budnik, 72

“Fiorentina” (İtaliya) - “Esbyerq” (Danimarka) - 1:1
İlk oyun – 3:1
QOL: İliçiç, 47 - Vesterqaard, 90
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı