Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Təxribatçı kameradan çıxarılıb

Nemət Pənahlının yanındakı təxribatçı kameradan çıxarılıb

Həcər Pənahlı: “Nemətin seçkilərdə iştirakı əngəllənib; ona vəkili ilə görüşmək imkanı verilmir”
2 ildir həbsdə olan, hazırda Qobustan həbsxanasında saxlanılan Nemət Pənahlının özünün və ailəsinin vəziyyəti ilə bağlı xanımı Həcər Pənahlı ilə danışdıq. O, N. Pənahlının durumunun nisbətən düzəldiyini və onunla 1 aydan sonra görüşəcəyini dedi.
“Qobustan həbsxanasında hər 3 aydan bir görüşə icazə verirlər. Artıq bizim Nemətlə görüşümüzə 1 ay qalır. Ancaq telefonla əlaqə saxlamaq imkanımız olur. Bundan əlavə, Nemət həbsxanada üç nəfərlik kamerada qalır. Kameraya da hakimiyyət tərəfindən məxsusi olaraq təxribatçı salınmışdı. Onun orada işi ancaq Nemətlə konfliktdə olmaq idi. Biz bu məsələni dəfələrlə mətbuatda qaldırdıq, Ədliyyə Nazirliyinə şikayət etdik . Sonra gördülər ki, artıq mümkün deyil və həmin təxribatçını kameradan çıxartdılar”.
Nemət Pənahlının iki ildən çox həbsdə qalması ailəsinin maddi durumuna ciddi təsir edib. Onu da qeyd edək ki, Nemət Pənahlının 6 övladı var. Həcər xanımın deyir ki, ailədə yalnız o çalışır: “6 övladımız var. Onlardan ikisi universitetdə pullu təhsil alır. Onu deyim ki, heç bir yerdən maddi dəstəyimiz yoxdur. Gündə deyirlər ki, çoxuşaqlı ailələrə hər cür yardımlar edilir. Bunların heç biri bizə aid deyil. Hətta bir-iki dəfə sosial yardım üçün müraciət də etmişəm. Nəticəsi olmayıb”.
Həcər xanım dedi ki, Nemət Pənahlı 9 oktyabr seçkisində səs verə bilməyib. Çünki onun olduğu kameraya belə bir şərait yaratmayıblar. Vəkil Samir İsayevin Nemət Pənahlı ilə görüşünə icazə verilmədiyini deyən Həcər xanım bununla bağlı dəfələrlə Penitensiar Xidmətə müraciət etdiklərini, lakin heç bir nəticə vermədiyini dedi: “Penitensiar Xidmət vəkilə icazə vərəqəsi verməlidir ki, müvəkkili ilə görüşsün. Ancaq bilərəkdən verilmir”.
Xatırladaq ki, Nemət Pənahlı 2011-ci il yanvarın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham edilərək 6 il azadlıqdan məhrum edilib.
Nərgiz YAQUBLUNemət Pənahlının yanındakı təxribatçı kameradan çıxarılıb
Həcər Pənahlı: “Nemətin seçkilərdə iştirakı əngəllənib; ona vəkili ilə görüşmək imkanı verilmir”
2 ildir həbsdə olan, hazırda Qobustan həbsxanasında saxlanılan Nemət Pənahlının özünün və ailəsinin vəziyyəti ilə bağlı xanımı Həcər Pənahlı ilə danışdıq. O, N. Pənahlının durumunun nisbətən düzəldiyini və onunla 1 aydan sonra görüşəcəyini dedi:
“Qobustan həbsxanasında hər 3 aydan bir görüşə icazə verirlər. Artıq bizim Nemətlə görüşümüzə 1 ay qalır. Ancaq telefonla əlaqə saxlamaq imkanımız olur. Bundan əlavə, Nemət həbsxanada üç nəfərlik kamerada qalır. Kameraya da hakimiyyət tərəfindən məxsusi olaraq təxribatçı salınmışdı. Onun orada işi ancaq Nemətlə konfliktdə olmaq idi. Biz bu məsələni dəfələrlə mətbuatda qaldırdıq, Ədliyyə Nazirliyinə şikayət etdik . Sonra gördülər ki, artıq mümkün deyil və həmin təxribatçını kameradan çıxartdılar”.
Nemət Pənahlının iki ildən çox həbsdə qalması ailəsinin maddi durumuna ciddi təsir edib. Onu da qeyd edək ki, Nemət Pənahlının 6 övladı var. Həcər xanımın deyir ki, ailədə yalnız o çalışır: “6 övladımız var. Onlardan ikisi universitetdə pullu təhsil alır. Onu deyim ki, heç bir yerdən maddi dəstəyimiz yoxdur. Gündə deyirlər ki, çoxuşaqlı ailələrə hər cür yardımlar edilir. Bunların heç biri bizə aid deyil. Hətta bir-iki dəfə sosial yardım üçün müraciət də etmişəm. Nəticəsi olmayıb”.
Həcər xanım dedi ki, Nemət Pənahlı 9 oktyabr seçkisində səs verə bilməyib. Çünki onun olduğu kameraya belə bir şərait yaratmayıblar. Vəkil Samir İsayevin Nemət Pənahlı ilə görüşünə icazə verilmədiyini deyən Həcər xanım bununla bağlı dəfələrlə Penitensiar Xidmətə müraciət etdiklərini, lakin heç bir nəticə vermədiyini dedi: “Penitensiar Xidmət vəkilə icazə vərəqəsi verməlidir ki, müvəkkili ilə görüşsün. Ancaq bilərəkdən verilmir”.
Xatırladaq ki, Nemət Pənahlı 2011-ci il yanvarın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham edilərək 6 il azadlıqdan məhrum edilib. /musavat.com/
1891 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04<