Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

28 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Fevralın 28-də Abşeron yarımadasında nisbətən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, martın 01-02-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber