Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Əvvəl oğlunu, sonra özünü öldürdü

Almaniyanın keçmiş Olimpiya idmançısı gimnast Yurqen Brümmer faciəsi ilə hamını şoka salıb.

Bir anda ağlını itirən alman idmançı Yurqen oğlunun və özünün həyatına son qoyub.

Əvvəlcə 2012-ci ilin fevral ayında qəza nəticəsində iflic qalan oğlunu öldürən Brümmer daha sonra Ştutqart yaxınlığındakı 55 metr hündürlüyü olan Korş körpüsündən özünü ataraq intihar edib.

Həyat yoldaşı həmin gecə 15 yaşlı oğlu Saymonu yatağında ölü olaraq aşkar etdiyini, bir də Yurgen tərəfindən yazılmış intihar məktubu tapdığını bidirib. Polislər keçmiş idmançının oğlunu öldürdükdən sonra intihar qərarı verdiyini açıqlayıb.

İdmançının oğluna baxmaqdan, fiziki və psixoloji yükünü daşımaqdan yorularaq belə hərəkət edə biləcəyi güman edilir.

Brümmer ölkəsində 9 dəfə çempionluq titulu qazanıb və 1988-ci il Seul Olimpiadasında da iştirak edib.

Qeyd edək ki, Brümmer idmandan uzaqlaşdıqdan sonra insanlara kömək olmaq üçün Ştutqartdaa açdığı klinikada fizoterapist olaraq çalışırdı./ans/
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u ke