Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Türkiyə parlamentində yumruq davası: bir deputat yaralandı - (Fotolar)

Türkiyə Böyük Millət Məclisində dərsxanalarla bağlı qanun layihəsinin müzakirəsi dava ilə nəticələnib.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlarla Cümhuriyət Xalq Partiyasından olan millət vəkilləri arasında mübahisə düşüb. AKP-çi deputat Sadi Bilgiç CHP-ci həmkarı Ali Rıza Öztürkə hücum çəkib. Bu vaxt daha bir AKP-çi deputat - Fatih Şahin Öztürkü bayıra çağırıb.

Bundan sonra deputatlar arasında toqquşma başlayıb və millət vəkilləri bir-birilərinə yumruq atıblar. Nəticədə AKP-çi deputat Metin Külünkün burnu qanayıb. O, xəstəxanaya aparılıb. Dava üzündən parlamentin iclası yarımçı qalıb./musavat/


1576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 10:49