Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Sərxoş vitse-prezident aeroportda “Hay Hitler” qışqırıb - (Foto)

Avropa Parlamentinin vitse-prezidenti Yasek Protasyeviç Almaniyanın Frankfurt hava limanında sərxoş vəziyyətdə saxlanılıb.
Virtualaz.org saytı xəbər verir ki, sərxoş halda olan Protasyeviç yüksək səslə “Hay Hitler” deyə qışqırıb və gömrük işçilərini faşist adlandırıb. Vitse-prezident aeroport əməkdaşlarının birinin əlindən yük arabasını alaraq çıxışa doğru qaçıb. İşçilər Protasyeviçi sakitləşdirməyə çalışanda siyasətçi nasist şüarlarını səsləndirməyə başlayıb.

Sərxoş vitse-prezidentin öhdəsindən gələ bilməyəcəklərini başa düşən gömrük işçiləri polisə xəbər verməyə məcbur olublar. Hadisə yerinə gələn polis əməkdaşları Protasyeviçi bölməyə aparıblar./ans/
1353 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP