Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Bir qrup silahlı şəxs Simferopol aeroportunu ələ keçirib

Fərqləndirici nişanları olmayan hərbi geyimdə olan bir qrup silahlı şəxs fevralın 27-dən 28-nə keçən gecə Krımda “Simferopol” aeroportunu ələ keçirib.

Hadisə şahidlərinin “İnterfaks-Ukrayna”ya bildirdiyinə görə, aeroporta hücum edən 50-dək şəxs fevralın 27-də Krım parlamentinin və hökumətinin binalarını ələ keçirən şəxslər kimi silahlı və hərbi geyimli olublar.

Məlumata görə, silahlı şəxslər aeroporta dövlət nömrə nişanları və hər hansı fərqləndirici nişanları olmayan üç “KamAZ” markalı yük avtomobilində gəlib. Əvvəlcə silahlı dəstə daxili reyslər terminalını ələ keçirib, sonra isə daha irəli hərəkət edib.

Qeyd edək ki, hadisədən bir neçə saat sonra “Simferopol” aeroportunun rəsmi nümayəndəsi İqor Stratilati “Exo Moskva” radiosuna açıqlamasında silahlı şəxslərin aeroportu tərk etdiyini bildirib.

Onun sözlərinə görə, əllərində Rusiya dövlət bayraqları olan 50-dək silahlı şəxs aeroporta hücum edib. “Onlar aeroporta Ukrayna desantının gəldiyini düşünərək hücum etdilər, lakin burada desantın olmadığında əmin olduqdan sonra üzr istəyərək aeroportu tərk etdilər”, deyə Stratilati bildirib.

O əlavə edib ki, aeroport hazırda adi rejimdə işini davam etdirir.
1343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı