Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

12 ildir şəxsiyyət vəsiqəsi ala bilməyən azərbaycanlı

Dövlət Miqrasiya Xidməti: "Müvafiq araşdırma nəticəsində həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılmadığı müəyyən olunub"

Azərbaycan Müsahibim Canur Əliyev şəxsiyyətini təsdiq edən sənədi əlinə alıb evlənmək arzusundadır. Amma bu arzusu gerçəkləşmək bilmir. 1976-cı ildə doğulan və Xəzər rayonunda qeydiyyata alınan Canur Əliyev 1991-ci ildə ailəsi ilə birgə Suraxanı rayonuna köçüb və ilk pasportunu da elə orada alıb.1994-cü ildə isə hərbi xidmətə yollanıb. 1998-ci ildə hərbi xidməti bitirdikdən sonra ona bildirilib ki, vətəndaşlıqdan çıxarılıb. Səbəbi isə naməlum qalır. 2002-ci ildə isə Canur Əliyev bir neçə sənədini pasportu ilə birgə itirib. O gündən bəri yeni pasport almaq üçün heç yerə müraciət etməyib. Günlərin bir günü evlənmək fikrinə düşəndə şəxsiyyət vəsiqəsinin əhəmiyyətini anlayıb. Suraxanı rayonu polis idarəsinə getdikdə isə ona deyilib ki, Dövlət Miqrasiya Xidmətinə vətəndaşlıq verilməsi ilə bağlı müraciət etməlidir.

Dövlət Miqrasiya Xidmətindən isə ans-ə bildirildi ki, müvafiq araşdırma nəticəsində həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılmadığı müəyyən olunub. Bununla belə, Canur Əliyevin Azərbaycan Respublikasının ərazisində anadan olduğu nəzərə alınaraq, onun vətəndaşlıq əldə etməsi ilə bağlı Miqrasiya Xidmətinə müraciət etməyi tövsiyə olunub. Tələb olunan sənədlər Miqrasiya Xidmətinə təqdim olunarsa, Canur Əliyevə yenidən vətəndaşlıq veriləcək.
1177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber