Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

"Soyuqdan donuram" (VİDEO)

Küçədə yaşayan ağbırçək: "Soyuqdan donuram"

Həyat qəribəliklərlə doludur. İnsanlar müxtəlif olduğu kimi, talelər də müxtəlifdir. 73 yaşlı ağbircək Əsmət Allahverdiyevanın da taleyi keşməkeşli və bir qədər də qəribədir. Dediyinə görə, 1940-cı ildə Şamaxı şəhərində anadan olub. Ali təhsillidir. Uzun illər Sumqayıt şəhər pasport qeydiyyat şöbəsində çalışıb. Elə həmin şəhərdə də evi olub. Amma fələk ağbircəyin saydığını saymayıb.

Bizə məlum olmayan səbəblərdən evini satıb. Elə qara günləri də bundan sonra başlayıb. Öz yaxınlarının evinə sığınan Əsmət Allahverdiyevaya orda da sahib çıxan olmayıb. İndi ahıl xanım küçələrdə yaşamağa məcburdu: “2 oğlum olub. Biri çoxdan ölüb. O biri də 3 aydır ölüb. Bacımdakı evindən qovur. Mənim heç kimim yoxdur”.

Özü küçədə yaşamağına baxmayaraq dediyinə görə, ayda aldığı 170 manat pensiyasını həbsxanada olan yeganə sağ övladı olan qızına göndərir. Özü isə ac-susuz Yasamal rayonun ərazisindəki binaların qarşısını özünə məskən seçib. Belə yaşamaq heç də asan deyil: “Soyuqdan donuram. Ayaqlarım işləmir. Bu qızlar mənə kurtka verib. Acıram, cörək yemək istəyirəm, kim alsın mənə”.

Ağbirçəyin dediyinə görə, Şamaxı rayonunda qardaşı yaşayır. Bakıda isə bacısı. Amma onlar ünvan və ya əlaqə nömrələrini vermədiyindən ahıl xanıma hansı səbəbdən sahib çıxmadıqlarını öyrənə bilmədik. Özü isə qızının həbsxanadan çıxacağı günü səbrsizliklə gözləyir. Amma bundan sonra qarını həyatın hansı surprizin gözlədiyini demək hələki çətin məsələdir. /Ans tv/


1850 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber