Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Sabunçudakı atışmanın əsl səbəbi

Polis rəisinin müavini və oğlu qisasçılıq zəmnində güllələnib

Bakı Şəhər Prokurorluğu fevralın 23-də Sabunçu rayonunda baş verən silahlı insidentlə bağlı növbəti məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 23-də Sabunçu rayonunda münaqişə zəminində odlu silahdan açılmış atəş nəticəsində Fərid Qədirovun qəsdən öldürülməsi, Yusif Alpaşayev, Akif və Asif Nəzərovların isə xəsarət almaları faktına görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğunun Istintaq idarəsinə həvalə edilib.

Bakı şəhər Baş Polis Idarəsi və şəhər prokurorluğu əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Gülağa Lətifov tutularaq istintaqa cəlb olunub. Məlumatda daha sonra bildirilir: “Yusif Alpaşayev aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyindən, eyni zamanda Gülağa Lətifovun torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq torpaq sahəsini özbaşına tutmasında, xuliqanlıq niyyəti, zərərçəkmiş şəxslərin ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar xüsusi amansızlıq, eləcə də ümumi təhlükəli üsulla iki şəxsi qəsdən öldürməsində, həmin niyyətlə zərərçəkmiş şəxslərin ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar onların özlərini və ümumi təhükəli üsulla daha çox şəxsi öldürməyə cəhd göstərməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıq və ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə), 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıq və ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələrinə tövsif edilib.

Gülağa Lətifova qeyd edilən maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir".

“Azadlıq”a daxil olan məlumatlarda isə bildirilir ki, silahlı insidentə hansısa qanunsuz tikiliyə görə mübahisə səbəb olmayıb. Bu hadisə qisasçılıq zəminində baş verib. Məlumatlarda iddia olunur ki, əvvəllər məhkum olunmuş Gülağa Lətifov Suraxanı polis idarəsinin rəis müavini Akif Nəzərovun Sabunçu polisində işləyən oğlu Asif Nəzərov tərəfindən təzyiqlərə məruz qalıbmış. Gülağa Lətifov bu təzyiqlərdən bezərək onu və atasını cəzalandırmaq qərarına gəlib. Fevralın 23-də Gülağa Lətifov onları bir yerdə görən kimi ov tüfəngini götürərək Akif Nəzərov və oğluna atəş açıb. Nəzərovlara kömək istəyən digər iki şəxs də Gülağa Lətifovun atəşinə tuş gəlib.
1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber