Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Bağdad bazarında törədilən partlayış qurbanlarının sayı 31-ə çatıb

Təhlükəsizlik mənbələri terror aktının içərisində mina yerləşdirilmiş motosikletin izdihamlı bazarda partladılması ilə həyata keçirildiyini bəyan edib

İraqın paytaxtı Bağdadın Sədr rayonunda yerləşən bazarda şiddətli terror aktı törədilib.

İnterAz–ın İraq mətbuatına istinadla verdiyi xəbərə görə, təhlükəsizlik mənbələri bundan əvvəl hadisə qurbanlarının sayının 11 olduğunu bildirmişdilər. Lakin hazırda bu rəqəm 31-ə çatıb, 51 nəfərin yaralandığı bildirilir.

Təhlükəsizlik mənbələri terror aktının içərisində mina yerləşdirilmiş motosikletin izdihamlı bazarda partladılması ilə həyata keçirildiyini bəyan edib.

Qeyd edək ki, Sədr rayonu əsasən şiələrin məskunlaşdığı bölgədir. Ümumiyyətlə, İraqda törədilən terror aktlarının böyük əksəriyyəti məhz şiələri hədəfə alır və bu aktların arxasında “İraq və Şamda İslam Dövləti” (DAİŞ) qruplaşması durur.
1536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP