Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

DAİŞ Hələbin bir neçə strateji bölgəsini tərk edib

Suriyada ən təhlükəli və radikal qruplaşma kimi tanınan DAİŞ Hələbdəki bir neçə həssas mövqeyi tərk etməyə başlayıb

Suriyada “İraq və Şamda İslam Dövləti”nə (DAİŞ) müxalifət qruplaşmaları tərəfindən verilən möhlətin müddəti bitir.

İnterAz-ın "əl-Cəzirə" telekanalına istinadla verdiyi xəbərə görə, bununla əlaqədar olaraq, Suriyada ən təhlükəli və radikal qruplaşma kimi tanınan DAİŞ Hələbdəki bir neçə həssas mövqeyi tərk etməyə başlayıb.

Məlumatda qruplaşmanın Hələbin Mərəstə, Dir-Camal, Mayir, Kəştəar və Kəffin bölgələrini tərk etdiyi və ər-Riqqə əyalətinə tərəf çəkildiyi deyilir.

Bildirək ki, başda "Nüsrə Cəbhəsi" olmaqla, Suriya müxalifətinin digər qruplaşmaları bölgələri tərk etmək üçün DAİŞ-ə beş gün möhlət vermişdi.

Hazırda DAİŞ-in əsas mövqeyi ər-Riqqə hesab edilir və sözügedən təşkilat burada İslam əmirliyini bərpa etməkdə israrlıdır.

Qeyd edək ki, sözügedən terror təşkilatının əksəriyyətini əcnəbilərin təşkil etdiyi qüvvələrinin sayı 10 mindən artıqdır.
1160 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11