Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

150 minlik rus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Rusiyanın Qərb və Mərkəzi hərbi dairələrində bütün günü hərbi təyyarələr reyd keçirir. 150 min hərbçi, 80 gəmi, 90 təyyarə, 120 helikopter və 1000-dən çox tank döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ukrayna mətbuatı xəbər verir ki, Rusiya Dövlət Dumasında yeni ərazilərin birləşdirilməsi prosesini sadələşdirmək üzərində iş gedir.

“Həyəcan siqnalından sonra ordu "məlum nöqtələrə" doğru irəliləyir, burada növbəti əmri gözləyir. Belə nöqtələr hər yerdə ola bilər, mərkəzdən gələn əmrləri isə komandirlər yalnız gizli zərfi açdıqdan sonra bilirlər”, - deyə rus ordusundakı mənbələr məlumat verib.

Rus ordusundan təsdiq ediblər ki, Rusiyanın təhlükəsizliyini təhdid edən gərgin vəziyyətin həll edilməsi üçün döyüş hazırlığını yoxlayırlar.
1145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP