Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

CHP Ərdoğana “başbakan” və “sayın” deməyəcək

Türkiyədə əsas müxalif qüvvə olan Cümhuriyyət Xalq Partiyası (CHP) artıq Rəcəb Tayyib Ərdoğanı baş nazir kimi tanımır.

“Hürriyet” qəzetinin saytının verdiyi məlumata görə, CHP-nin mərkəzi qərargahından partiyanın bütün yerli təşkilatlarına təlimat göndərilərək R.T.Ərdoğan haqqında “baş nazir” və “sayın” (hörmətli) sözlərindən qətiyyən istifadə etməmək tapşırılıb: “Ortaya çıxan korrupsiya, rüşvət faktları səbəbi ilə Rəcəb Tayyib Ərdoğan baş nazir kreslosunda oturmamalıdır. Bundan sonra ona “sayın” və “başbakan” sözləri ilə xitab edilməyəcək”.

Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu ortaya çıxan son səs yazılarından sonra R.T.Ərdoğanın legitimliyini itirdiyini bildirib. Həmin səs yazılarında baş nazir oğluna evdəki killi miqdarda nağd pulu başqa yerə daşıması barədə göstəriş verir./apa/
1243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı