Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

AXCP-nin iki üzvü həbs edilib, daha ikisi isə saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki üzvü həbs edilib, daha iki üzvü isə saxlanılıb.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə partiyanın Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli barəsində 15 sutka, Xəzər Rayon Məhkəməsinin qərarı ilə AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn 20 sutka müddətinə azadlıqdan məhrum ediliblər.

Partiyadan həmçinin bildirilib ki, AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənli ötən gün Suraxanı Rayon Polis İdarəsinə aparılıb və hazırda orada saxlanılır. Təxminən bir saat əvvəl partiya üzvü Elnur Məcidli də polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənlinin saxlanılmasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Bəhruz Həsənli yol polisi ilə mübahisə etdiyinə və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Suraxanı Rayon Polis İdarəsinə aparılıb./apa/
1255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı