Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Milli Şura dəlixanaya salınan qazi ilə bağlı bəyanat verdi

Demokratik Qüvvələrin Milli Şurası Sumqayıtda özünü yandırmağa cəhd etmiş və hazırda ruhi dispanserdə saxlanılan Qarabağ müharibəsi əlili Malik Məcidovla bağlı açıqlama yayıb.

1-ci qrup əlil Malik Məcidov fevralın 14-də ev problemi ilə əlaqədar şəhər icra hakimiyyətinin nümayəndələri ilə görüşdən sonra özünü yandırmağa cəhd edib. O, kimyəvi yanıq xəsarəti ilə xəstəxanaya, daha sonra ruhi dispanserə yerləşdirilib.

Açıqlamada bildirilir ki, Məcidovla bağlı baş verənlər vaxtilə Sovet hökumətinin etirazçı dissidentlərə qarşı mübarizəsini xatırladır.

“Məhz, Sovet İttifaqında sistemə qarşı çıxan və islah olunmayan dissidentləri bir qayda olaraq ruhi-əsəb dispanserlərində və xəstəxanalarında “müalicə” edirdilər. Hazırda, bizim ölkəmizdə hakimiyyət orqanları öz haqqı və hüququ uğrunda mübarizəyə qalxan Qarabağ qaziləri ilə məhz bu cür rəftar edir. Qarabağ qazilərinə münasibətdə belə etinasızlıq tamamilə yolverilməzdir, bu ölkədə ən yüksək sosial təminatlar haqqına bilavasitə vətən uğrunda döyuşmüş, sağlamlığını itirmiş qazilər və Qarabağ döyüşlərində şəhid olmuş döyüşçülərin ailələri sahibdirlər. Bu haqqı onlar vətən uğrunda apardıqları qəhrəman mübarizələri ilə qazanmışlar. Milli Şura haqqını tələb edən Qarabağ qazisi Malik Məcidovun və onun timsalında bütün qazilərin hüquqlarının müdafiə olunmasını tələb edir”.
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...